ABŞ
Bu raketlər Rusiya obyektlərini hədəf alacaq – ABŞ-dan TƏHDİD
ABŞ çətin ki, Avropada nüvə döyüş başlıqlarının yerləşdirilməsinə gedəcək, amma orada qanadlı raketləri yerləşdirə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Penn Bayden diplomatiya və qlobal qarşılıqlı fəaliyyət Mərkəzi”nin böyük direktoru Brayan Makkeon deyib.
Onun sözlərinə görə, ABŞ bunu Rusiyanı Orta və kiçik mənzilli raketlərin məhv edilməsi haqqında Müqavilə üzrə öhdəliklərinə qayıtmağa inandırmaq üçün edə bilər.
“Mən şübhə edirəm ki, Birləşmiş Ştatlar nüvə variantına cəhd edəcək. Güman edirəm ki, bu, qeyri-nüvə sistemləri olacaq. ABŞ-da başqa variantlar var. ABŞ-da dəniz və hava əsaslı sistemlərin variantları var. Onlar Rusiya obyektlərinə ciddi təhlükə yarada bilərlər”, - Makkeon bildirib.
Qeyd edək ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.
Ömər
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib


































.jpg)

.jpg)