ABŞ
Müharibələr, 6 dövlətin torpaq uğrunda savaşı... - 2019-cu il üçün 10 ƏSAS TƏHDİD
Böyük Britaniyanın “The Economist” jurnalının ekspertləri dünya iqtisadiyyatı üçün təhdidlərin yeni reytinqini açıqlayıblar.
Publika.az xəbər verir ki, hazırlanan məruzədə dünya iqtisadiyyatının perspektivlərinin pisləşdiyi göstərilib.
“The Economist”in ekspertləri güman edirlər ki, 2019-cu ildə dünya iqtisadiyyatının artım templəri 2,8, 2020-ci ildə isə 2,6 faizə qədər azalacaq (2018-ci ildə artım 2,9 faiz təşkil edib). Hətta artım sürətləri daha da aşağı ola bilər. Reytinqin tərtibçilərinin fikrincə, belə nəticəyə bir neçə təhlükəli ssenarinin reallaşdırılması gətirib çıxara bilər.
Reytinqdə dünya iqtisadiyyatı üçün aşağıdakı 10 təhdid göstərilib.
Ticarət müharibələri: Jurnalın ekspertləri ABŞ və Çin arasında tammiqyaslı ticarət müharibəsini dünya iqtisadiyyatı üçün əsas təhdid hesab edirlər. Müəlliflərin fikrincə, ABŞ və Çinin danışıqları sazişin bağlanmasına ümid verir və bu, münaqişənin eskalasiyasından qaçmağa imkan verəcək.
ABŞ-da düşmə: “The Economist”-in baza proqnozuna əsasən, ən yaxın iki ildə ABŞ iqtisadiyyatı dağıdıcı azalmadan qaçmağı bacaracaq. Ölkənin Ümumi Daxili Məhsulun artması 2019-cu ildə 2,3 faiz, 2020-ci ildə 1,5 faizə qədər azalacaq. Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, daha güclü azalma ABŞ-ın maliyyə sektorunun zəifliyinə görə ola bilər.
İnkişaf edən bazarlarda genişmiqyaslı böhran: “The Economist”-in ekspertləri qeyd edirlər ki, inkişaf edən ölkələrinin çoxunun iqtisadiyyatı 2018-ci ildə valyuta böhranlarından zərər çəkib və 2019-cu ildə vəziyyət pisləşə bilər.
Çində sürəkli böhranın başlanğıcı: Ekspertlər Çin iqtisadiyyatının böhran ehtimalını (2018-ci ildə Ümumi Daxili Məhsul, ilkin hesablamalara əsasən, 6,6 faiz artdı və bu, 28 il ərzində ən pis nəticə oldu) ağlasığmaz hesab edirlər. Ancaq istisna etmirlər ki, Çin hakimiyyəti ABŞ-la ticarət münaqişəsində iqtisadiyyata dəstək üçün iqtisadi addımlara təşəbbüs edərək səhv buraxa bilər. “The Economist” Çin iqtisadiyyatının ən zəif yerini daxili kreditlərin həcmi hesab edirlər. Ötən il onun məbləği Ümumi Daxili Məhsulun 230 faizi təşkil edib.
Nəşrin ekspertləri xəbərdarlıq edirlər ki, Çin hakimiyyəti böhranın qarşısını ala bilməsə, bu, xammalda, xüsusilə metalda qlobal qiymətlərin kəskin düşməsinə gətirib çıxaracaq, Latın Amerikası, Yaxın Şərq və Afrika ölkələrini vuracaq.
Ekspertlərə görə, 2019-cu ildə qlobal iqtisadiyyat üçün digər təhdidlər aşağıdakılardır:
- Çatdırmaların defisitinin yaranması nəticəsində neft qiymətlərinin kəskin qalxması;
- Cənubi Çin dənizində adalar üzərində mübahisələrə görə hərbi əməliyyatların başlanması. Spratli arxipelaqına Çin, Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruney, Parasel adalarına Çin, Tayvan və Vyetnam, Skarboro adalarına isə Çin, Tayvan və Filippin iddia edir.
- Kiberhücumlar nəticəsində internet şəbəkəsinə böyük zərərin vurulması.
- Koreya yarımadasında hərbi əməliyyatların başlanması.
- Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən sazişsiz çıxışı.
- Ölkədə siyasi və maliyyə qeyri-sabitliyinə görə İtaliyada bank böhranının başlanması.
Ömər Dağlı
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar