ABŞ
ABŞ-ı QORXU BÜRÜDÜ: Türkiyə “S-400” alarsa…
Amerika hərbçiləri “S-400” zenit-raket komplekslərini “F-35” qırıcıları üçün təhlükə adlandırırlar.
Publika.az xəbər verir ki, bu haqda “Business Insider” portalı yazıb.
Nəşrin yazdığına görə, ABŞ ehtiyat edir ki, Türkiyə “F-35” beşinci nəsil çoxfunksiyalı qırıcılarının perspektivlərini “içəridən məhv edə” bilər.
Qeyd edilir ki, Türkiyə Hərbi Hava Qüvvələrində artıq iki belə təyyarə var. Ötən ilin iyununda 2 ədəd “F-35” qırıcısının təhvil verilməsi mərasimi ABŞ-ın “Lockheed Martin” şirkətində (Texas ştatı, Fort-Uerte şəhəri) keçirilib. Eyni zamanda, Ankara Rusiya istehsallı S-400 “Triumf” komplekslərini bu ilin sonunadək almağı planlaşdırır.
“Mənim ən yaxşı məsləhətim Rusiyanın müdafiə sistemləri ilə işləyən müttəfiqin “F-35”in birgə istismarına icazə verməməkdir”, - portal ABŞ-ın Silahlı qüvvələrinin Avropa komandanlığının başçısı Körtis Skaparrottinin sözlərini sitat gətirib.
Başqa yüksək vəzifəli Amerika generalı, ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanlığının rəhbəri Tod Uolters qeyd edib ki, “S-400” komplekslərinin imkanları onların sahiblərinə “F-35” qırıcısının potensialını daha yaxşı anlamağa və qiymətləndirməyə imkan verir.
“Bu, NATO-nun xeyrinə deyil”, - Uolters bildirib.
Güman edilir ki, “S-400”-lərin Türkiyəyə təhvil verilməsindən sonra Rusiya tərəfi onlardan istifadəni Türkiyə hərbçilərinə öyrədəcək və beləliklə, “F-35”-lərin imkanlarını öyrənmək imkanını əldə edəcək.
Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, 2019-cu ilin oktyabrında “S-400” sistemlərinin qurulmasına başlanılacaq. Dörd “S-400” divizionunun çatdırılması üzrə müqavilə 2,5 milyard dollar qiymətləndirilir. Vaşinqton türk partnyorlarından ABŞ istehsallı “Patriot” zenit-raket sistemlərinin xeyrinə Rusiya komplekslərindən imtina etməyi tələb edir.
Ömər Dağlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)