ABŞ
Rusiya hərbçilərinin Venesuelada olmasının səbəbi... – ŞOK İDDİA
Rusiyanın hərbi mütəxəssisləri “S-300” zenit-raket sistemlərinin işini qaydaya salmaq üçün Venesuelaya gediblər.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda brifinqin gedişatında Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams bildirib.
“Bizim fikrimizcə, rusların orada məşğul olduğu şeylərdən biri “S-300” sistemləri ilə hakimiyyətə kömək etməkdir”, - o deyib.
Abrams daha əvvəl bildirib ki, ABŞ Rusiyanı Venesuelada vəziyyət üzrə sanksiyaların tətbiqi imkanını xatırlamağa çağırır. Ötən gün isə Ağ Evdə Venesuelada “Qərb yarımkürəsi xaricində”ki hərbi güclərin genişlənməsi barədə xəbərdarlıq edib. Rusiyanın Xarici İşlər Nazirliyindən cavab olaraq bildiriblər ki, Rusiya mütəxəssislərinin Venesuelada olması ikitərəfli hərbi əməkdaşlıq üzrə razılaşmayla tənzimlənir.
Xatırladaq ki, martın 28-də ABŞ prezidenti Donald Tramp Rusiyadan Venesuelanı tərk etməyi tələb edib.
“Rusiya getməlidir”, - o, Latın Amerikası ölkəsində vəziyyəti şərh edərkən deyib.
Trampın sözlərinə görə, buna nail olmaq üçün Vaşinqton bütün variantlara baxır.
Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?


























.webp)










