ABŞ
Tramp: ABŞ və İran razılaşmalara hazır deyil
ABŞ və İran hazırda razılaşmalara hazır deyil.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
“Mən baş nazir Sindzo Abeyə (Yaponiya –red.) çox təşəkkür edirəm ki, o İrana gedərək ayətullah Əli Xamenei ilə görüşüb. Amma mən şəxsən hesab edirəm ki, indi hətta sazişin nəticəsi haqqında düşünmək tezdir. Onlar hazır deyillər və biz həmçinin!” – Tramp tvitterdə yazıb.
Daha əvvəl “RİA-Novosti" agentliyinin yazdığına görə, Əli Xamenei Yaponiyanın baş naziri Sindzo Abe tərəfindən ona çatdırılan ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyib.
Bildirilir ki, görüşün əvvəlində Sindzo Abe Əli Xameneiyə ABŞ prezidentinin mesajını çatdırmaq istədiyini bildirib. Bunun cavabında isə İranın ali lideri "Məndə cavab yoxdur və ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da olmayacaq. Trampı hansısa mesaj göndərməyə layiq insan hesab etmirəm" deyib.
S.Abenin ABŞ prezidenti adından İran liderinə hansı mesajı verdiyi haqqında bilgi yoxdur.
Xatırladaq ki, Abe iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəridir. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etmək istədiyini yazmışdı.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)