ABŞ
Pentaqon sınaqdan keçirilən raketin modelini açıqladı
ABŞ-da bazar günü sınaqdan keçirilmiş qanadlı raket “Tomaqavk” raketinin variantı idi.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi polkovnik-leytenant Robert Karver bildirib.
Qeyd edək ki, ABŞ bazar günü Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə daha əvvəl qadağan edilmiş yerüstü qeyri-nüvə qanadlı raketi sınaqdan keçirib. Pentaqonun açıqlamasına görə, raket 500 kilometrdən çox uçaraq hədəfi müvəffəqiyyətlə vurub.
Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə avqustun 2-də rəsmən qüvvədən düşüb. ABŞ bildirib ki, məhz Rusiya tərəfindən pozulmasına görə müqavilədən çıxıb. Moskva isə dəfələrlə bəyan edib ki, müqavilə çərçivəsində hərəkət edir.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi. “Tomaqavk” raketləri də müqavilə üzrə məhv edilməli idi.
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO



































.jpg)
.jpg)

.jpg)