ABŞ
ABŞ Putinin təklifini rədd etdi
ABŞ Rusiyadan hipersəsli raketlər almağa hazırlaşmır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Amerika tərəfində bunun üçün səbəblər var.
“ABŞ-da təhlükəsiz hazırlanmasında, sınaqlarda və raket texnologiyalarının reallaşdırmasında Rusiya ilə müqayisədə böyük üstünlük var”, - o deyib.
Qeyd edək ki, daha əvvəl Vladivostok şəhərində keçirilən V Şərq İqtisadi Forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin ABŞ-a ölkəsindən hipersəsli silah almağı təklif edib. O, ABŞ Prezidenti Donald Trampa Rusiyadan hipersəsli silah, hipersəsli raket kompleksləri almağı təklif etdiyini söyləyib.
V. Putinin sözlərinə görə, amerikalı tərəfdaşları ilə Osakada keçirilən görüşdə Rusiyanın hipersəsli silahlara malik olması, dünyada heç bir ölkədə bunun analoqunun olmaması məsələsi qaldırılıb: "Düzü onlar dedilər ki, özləri tezliklə belə bir silah istehsal edəcəklər. Yəqin ki, tezliklə istehsal edərlər. Rusiya dialoqa, müzakirəyə hazırdır. Lakin hələlik amerikalıardan aydın cavab almamışıq”.
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU





































.jpg)