ABŞ
Tramp KXDR lideri ilə görüşəcəkmi? - ABŞ-dan AÇIQLAMA
ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ilə görüşləri hələ planlaşdırmır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus bildirib.
Şimali Koreyanın həyata keçirdiyi son raket sınaqlarını təxribat adlandıran diplomat bunun danışıqlar üçün yaxşı addım olmadığını deyib.
“Biz Şimali Koreyanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - o qeyd edib.
Qeyd edək ki, daha öncə KXDR-in xarici işlər nazirinin müavini Soy Son Hi ölkəsinin sentyabrın sonunda ABŞ-la danışıqları yeniləməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, 2018-ci il iyunun 12-də ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında birinci görüş olub. Tərəflər münasibətlərin normallaşması və KXDR-in denuklearizasiyası üzrə ölçülər haqqında razılaşıblar. 2019-cu ilin fevralında Hanoyda keçirilən ikinci görüş nəticəsiz başa çatıb. Bundan sonra isə onlar qısa müddətdə KXDR ilə Cənubi Koreyanın sərhədində görüşüblər. Tramp Cənubi Koreyadan KXDR-in ərazisinə addım atmış ABŞ-ın birinci prezidenti olub.
-
Dünya17:49Zelenski Azərbaycana təşəkkür etdi
-
Rəsmi xronika16:08Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?
-
MDB15:03Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
-
Nida Xəbər 14:26Generala yüksək vəzifə verildi
-
Ekologiya13:13Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:36Trampın Ərdoğana Ankarada hansı “xoş xəbər”i çatdıracağı bəlli oldu
-
Nida Xəbər 10:45Rüşvətlə hərbi xidmətdən yayındırma: İş məhkəməyə göndərildi














.jpg)




.jpg)











.jpg)






