ABŞ
Trampdan daha bir TARİXİ ETİRAF: ABŞ Türkiyənin düşmənlərinə dəstək verəcək
ABŞ PYD/YPG terror təşkilatına maliyyə və silah dəstəyini kəsməyib.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tvitterdə açıqlama verən prezident “Suriyadan çəkilə bilərik, amma heç bir şəkildə (YPG/PKK) kürdləri tərk etmirik. Onlar xüsusi və müdhiş savaşçılardır. Eyni zamanda, NATO müttəfiqimiz və ticarət ortağımız olan Türkiyə ilə münasibətlərimiz də çox yaxşıdır” sözlərini yazıb.
Türkiyənin hazırda böyük bir kürd əhalisinə ev sahibliyi etdiyinə diqqət çəkən Tramp “Türkiyə Suriyanın o bölgəsində (əməliyyat bölgəsi) 50 əsgərimiz olduğunu və həmin şəxsləri çoxdan geri çəkdiyimizi anlayır. Türkiyə məcburi olmayan və ya lazımsız hər hansı müharibəyə girərsə, bunun iqtisadiyyatı və zəif valyutası üzərində böyük təsiri olacaq” ifadələrini işlədib.
Prezident əlavə olaraq kürdlərə maliyyə və silah baxımından dəstək verdiklərini gizlətməyib.
Qeyd edək ki, ABŞ 2013-cü ildən bəri İŞİD terror təşkilatına qarşı mübarizə bəhanəsi ilə PYD/YPG təşkilatına maliyyə dəstəyi verir.
Zümrüd
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib


































.jpg)

.jpg)