ABŞ
Pentaqondan SKANDAL İDDİA: Türkiyə İŞİD-ə kömək edib, ABŞ isə...
İŞİD terror təşkilatı Pentaqonun Suriyanın şimalından çəkilməsindən və Türkiyənin “Sülh çeşməsi” hərəkatının başlatmasından faydalanıb.
Publika.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) baş müfəttişi Qlinn Fayn bu iddianın yer aldığı hesabat hazırlayıb.

Hesabatda “İŞİD Türkiyənin təşkil etdiyi antiterror əməliyyatı və ABŞ qoşunlarının bölgədən qismən çəkilmə planından istifadə edib. Təşkilatın hələ də Qərbi hədəfalma imkanına sahib olması ehtimalı var” sözləri yer alıb.
“Sülh çeşməsi” ön plana çəkildi
116 səhifəlik sənəddə bildirilib ki, İŞİD Türkiyənin əməliyyatı əsnasında və ondan sonra ABŞ əsgərlərinin sayının azaldılmasından Suriyadaxili potensialını artırmaq və qaynaqlarını yenidən toplamaq, xarici hücumları planlaşdırmaq potensialını gücləndirmək məqsədilə istifadə edib.
Bağdadinin ölümü “İŞİD bitdi” mənasına gəlmir
İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölümünün təşkilata vurulan əhəmiyyətli zərbə olduğu, ancaq İŞİD təhdidinin başa çatması mənasına gəlmədiyi də vurğulanıb. Əksinə, İŞİD-in yenidən Qərbə hücum edəcəyi ehtimalının yüksək olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Amerika əsgərlərini Suriyanın şimalından çəkməklə bağlı qərar vermiş, Türkiyə də 9 oktyabrda PKK/YPG terror qüvvələrinə qarşı əməliyyata başlamışdı.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)
















.jpg)

.jpg)