ABŞ
Tarix təkrarlanır: daha bir qadın Trampla sirlərini açdı
ABŞ prezidenti Donald Tramp yenə seçkiqabağı qalmaqalla üzləşib.
Publika.az xəbər verir ki, Trampın 2016-cı il prezident seçkilərində qalib gəlməkdə böyük payı olan Arlene Delqado onu məhkəməyə verib.
Mühafizəkar köşə yazarı və şərhçi olan Delqado hamilə olduğu üçün ayrı-seçkiliyə məruz qaldığını iddia edir. O, eşq yaşadığı evli müdirindən hamilə qaldıqdan sonra iş səlahiyyətlərinin əlindən alındığını bildirir. Delqado hamilə qaldığını 2016-cı ilin noyabrında – Trampın seçkilərdə qalib gəldiyi dövrlərdə öyrənib. Yazar iddia edir ki, onun övladının atası Trampın 2016-cı il seçki kampaniyasındakı mətbuat katiblərindən biri olan Ceyson Millerdir.
Arlene ABŞ-da səslərin sayılması davam edərkən seçki mərkəzindən atdığı tvitlə Trampın tərəfdarlarını təbrik etməyə başladığını dünyaya elan edən ilk şəxs olub. O, hazırkı liderin seçki komandasında toplumla əlaqələrdən məsul ali səlahiyyətli biri idi.
Trampın andiçməsindən sonra Ağ Evdə vəzifə almasına icazə verilmədiyini qeyd edən Arlene bu durumdan maddi və mənəvi zərərli çıxdığını və təhqir olunduğunu irəli sürüb.
Xatırladaq ki, ABŞ prezidenti ilk seçildiyi müddətdə pornoulduz Stormi Daniels və pleyboy modeli Karen Makdouqal ilə keçmişdə yaşadığı münasibətlərə görə çətin günlər yaşamış, dəfələrlə məhkəməyə verilmişdi.
Məlumat üçün bildirək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ildə keçiriləcək.
Zümrüd
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO























.png)

.jpg)














