ABŞ
Əsgərlərə XƏBƏRDARLIQ edildi: bu testləri verməyin
ABŞ əsgərlərinə DNT testi verməməyə dair xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bu bilgi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) daxili yazışmasında yer alıb.
“ABC News”un xəbərinə görə, Müdafiə Nazirliyi Kəşfiyyat Dairəsinin məsləhətçisi Yosef D. Kernan ilə ehtiyat əsgərlərin işlərindən məsul məsləhətçi Ceyms N. Stüartın apardığı yazışmada Pentaqon əsgərlərinə xəbərdarlıq edilir ki, nazirlikdən kənar tərəflərə həssas genetik bilgi ifşa etmək, əməliyyatlar və fərdlər üçün risk yaradır.
Dialoqda birbaşa istehlakçıya verilən DNT testlərinin böyük miqyasda nəzarətsiz olduğu, elm dünyasında genetik bilgilərin müzakirəyə açıq məqsədlər üçün istifadə edildiyi narahatlığı dilə gətirilib.
Qeyd edək ki, ABŞ-ın “Ancestry”, “23” və “Me” kimi şirkətlərinin istehlakçılara göndərdiyi DNT testi son illərdə ən çox rəğbət görənlər siyahısındadır. Bu testlərlə insanlar etnik mənşə və genetik xüsusiyyətlərini öyrənə bilirlər. “Ancestry” şirkəti xidmətindən bu günə qədər 15 milyona yaxın insanın faydalandığını dilə gətirir. DNT şirkətləri Pentaqonun iddiasını təkzib edir və pasientlərinin şəxsi bilgilərinin qorunduğunu deyir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
