ABŞ
Dəhşətli hücuma görə 8 İran rəsmisi "qurban getdi" - ABŞ-dan KRİTİK ADDIM
ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsi barədə xəbər vermişdik.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçin birgə mətbuat konfransında danışıb.

Rəsmilər bildirib ki, sanksiyalar ABŞ-ın İraqdakı hərbi bazalarına İran tərəfindən raket zərbələri endirilməsinə görə qüvvəyə minib.
Rəsmi Tehrandan gələn açıqlamalar isə Pompeo və Mnuçin tərəfindən açıqlanan yeni sanksiyaların İran üçün çox da əhəmiyyəti olmadığını göstərir. İran İnqilab Keşikçiləri Korpusunun Komandanı Muhsin Rzayi ABŞ-ın verdiyi qərarların simvolik olduğunu deyib və bu sanksiyaların hər hansı iqtisadi təsirinin olmayacağını, eyni zamanda rəsmi Vaşinqtona da hörmət qazandırmayacağını bildirib.
Qeyd edək ki, Muhsin Rzayi ABŞ-ın sanksiyaya məruz qoyduğu 8 ali rəsmidən biridir.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı Qasım Süleymani ABŞ tərəfindən Bağdadda öldürüldükdən sonra İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirmişdi.
Zümrüd
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)
