ABŞ
ABŞ-la "Taliban" arasında GÖZLƏNİLMƏZ YENİLİK: fevralın sonunda...
ABŞ və "Taliban" qruplaşması arasında sülh razılaşması fevral ayının sonunda imzalana bilər.
Publika.az xəbər verir ki, bu barədə "Taliban"ın öncül şəxslərindən olan, müzakirə heyəti üzvü Məvləvi Əbdül Salam Hənəfi "Nunn.asia" saytına açıqlamasında danışıb.
O bildirib ki, Qətərin paytaxtı Dohanın ev sahibliyi etdiyi sülh müzakirələri tamamlanıb. Fevralın sonunda tərəflər arasında müqavilə imzalama ehtimalı var. İmza mərasimi Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Əfqanıstanın qonşu ölkələrinin nümayəndələrinin hüzurunda baş tutacaq.
Razılaşma imzalanmadan əvvəl mərasim üçün uyğun atmosferin yaradılması məqsədilə qarşıdurmaların azaldılacağını bildirən Hənəfi müqavilədən sonra ABŞ və Əfqanıstan hökumətinin əlindəki 5 min "talibançı"nın sərbəst qalacağı, "Taliban"ın əlindəki min nəfərin azadlığa buraxılacağını deyib. Təklif edilən razılaşma və ABŞ qüvvələrinin Əfqanıstandan geri çəkilmə prosesinə dair detalları isə açıqlamayıb.
Qeyd edək ki, ABŞ mediasında Dövlət Departamentindən bir mənbənin verdiyi məlumata əsasən, 22 fevraldan başlayacaq 7 günlük atəşkəs mövzusunda razılaşma əldə edildiyi xəbəri dərc olunmuşdu.
Xatırladaq ki, 5 sentyabr 2019-cu ildə Əfqanıstandakı ABŞ əsgərlərinə "Taliban" tərəfindən təşkil edilən hücumlardan sonra Prezident Donald Tramp 2018-ci ildən başlayan müzakirələri dayandırmışdı.
Zümrüd
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
































.jpg)

.jpg)