ABŞ
Trampdan SON DƏQİQƏ koronavirus açıqlaması: "Hər şey nəfəs üçün"
Kovid-19 xəstələrini müalicə üçün həyati əhəmiyyət daşıyan süni nəfəs aparatları almaq istiqamətində ölkələr bir-biri ilə yarışa girib.
Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirus xəstələrinin müalicəsində istifadə olunan aparatların istehsalına dair fikir ayrılığı yaşadığı "General Motors"a qarşı özəl sektorun istehsalını istiqamətləndirməyə imkan verən "Müdafiə İstehsalı Qanunu"nu işə salıb.
Tramp yazılı açıqlamasında "Səhiyyə Nazirliyinə "Müdafiə İstehsalı Qanunu" çərçivəsində bütün səlahiyyətlərindən istifadə edərək "General Motors"dan havalandırma istehsalı üçün federal müqavilələrin qəbul edilməsi, həyata keçirilməsi və prioritetləşdirilməsinə imkan verən təlimatın yer aldığı bir bəyanat imzaladım. Virusa qarşı savaşımız təcili şəkildə baş tutmalıdır. "General Motors" vaxtını hədər yerə sərf edir. Bu gün atdığımız addım tez zamanda amerikalıların həyatını xilas etməyə imkan verəcək", - deyə qeyd edib.
Xatırladaq ki, Tramp bundan öncə tvitter hesabından " "Ford", "General Motors", "Tesla" havalandırıcı və digər metal məhsullar istehsal etməyə başlayır, cəld olun" deyə paylaşım etmişdi.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































