ABŞ
Mütəxəssis bütün sirləri açdı, Trampın tviti “zəlzələ effekti” yaratdı - ABŞ-da fəlakət ssenarisi reallaşır
ABŞ-da yeni tip koronavirus səbəbilə xəstəxanaya yerləşdirilən orta yaşlı hər 10 nəfərdən 1-i dünyasını dəyişir.
Publika.az xəbər verir ki, bu barədə səhiyyə sahəsində informasiya texnologiyaları təqdim edən “Allscripts” şirkətinin araşdırmasında deyilir.
ABŞ-ın 43 ştatında Kovid-19 simptomları ilə xəstəxanaya yerləşdirilən 6 min 479 nəfər üzərində aparılan statistik araşdırma zamanı məlum olub ki, 45-64 yaşlı hər 10 nəfərdən 1-i həyatda qala bilmir.
Araşdırmada o da ortaya çıxıb ki, xəstəxanaya müraciət edən şəxslərin 21%-i 55-64, 20%-i 65-74, 19%-i 20-44, 15%-i 45-54 və 75-84 yaş aralığındadır. Ən çox ölüm faizi isə 85 yaşdan yuxarıdır.
Con Hopkins Universitetinin paylaşdığı statistikaya görə, ABŞ-da Kovid-19 daşıyıcılarının sayı 557 min 590 olub. Onlardan 22 min 109 nəfər dünyasını dəyişib.
Bu arada, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun müdiri və Ağ evin Koronavirusla Mübarizə Komissiyasının rəhbəri Entoni Fausi CNN-ə açıqlamalar verib.

Professor bildirib ki, özü və səhiyyə mütəxəssisləri fevral ayında Prezident Donald Trampa pandemiyanın qarşısını almaq üçün ciddi tədbirlər görməyin vacibliyini çatdırıb, amma administrasiya bu tövsiyələri rədd edib: “Məntiqi baxımdan, daha tez tədbirlər görülsəydi, daha az insan yoluxacaqdı. Bunu kimsə inkar edə bilməz”.
Fausinin bu açıqlamasından sonra ölkədəki müzakirələr dərinləşib. Lakin Trampın retviti ABŞ-da “zəlzələ effekti” yaradıb. Belə ki, prezident doktor Fausinin vəzifəsindən kənarlaşdırılması barədə yazılan tviti retvitləyib. Sabiq respublikaçı Konqres üzvü DeAnna Lorrain tərəfindən yazılan tvitdə Fausi tənqid olunub və “Fausiniqov” həştəqi yerləşdirilib.
Xatırladaq ki, Tramp 2 həftə əvvəl ABŞ-da 100 min nəfərin koronavirusdan öləcəyi təqdirdə, bu rəqəmin kifayət qədər yaxşı olacağını bildirmişdi.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)
















.jpg)

.jpg)