ABŞ
FTB-dən TARİXİ SƏHV: 11 sentyabr terror aktının ŞOK SƏNƏDİ üzə çıxdı
ABŞ Federal Təhqiqat Bürosu 11 sentyabr 2001-ci ildə Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə edilən hücumda “Əl-Qaidə” terrorçularına yardım etməkdə şübhəli bilinən səudiyyəli vəzifəli şəxsin adını yanlışlıqla açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Yahoo News” özəl xəbər dərc edib.
Xəbərdə FTB-nin 11 sentyabr qurbanlarının ailələri tərəfindən açılan məhkəmə prosesində təqdim olunan dosyelərdən birində 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyində işləyən Müsaid Əhməd əl-Cərrahın adını silməyi unutduğu bildirilib.
Sənəddə əl-Cərrahın hazırda harada olduğunun məlum olmadığı, lakin bu şəxsin hücumlara yardım üçün ABŞ-dan 2 nəfəri təyin etdiyinə dair iddialar yer alıb.
11 sentyabr qurbanlarının sözçüsü Bred İqlson isə ilk dəfə hücumu araşdıran FTB agentlərinin hücumçular ilə Səudiyyə səfirliyi arasındakı əlaqələri ört-basdır etdiyinə dair ciddi dəlil tapdığını dilə gətirib.
Bu xəbərdən sonra FTB sözügedən sənədi geri çəkib. Daha sonra sənədin yanlışlıqa dosyeyə qoyulduğu açıqlanıb.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)