ABŞ
Trampın ən etibarlı adamı koronavirus peyvəndinin proqnozunu verdi: bu tarixdə istifadədə olacaq
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun koronavirusa qarşı hazırladığı peyvənd 2020-ci ilin sonunda hazır olacaq. Lakin peyvəndin istifadəsinə keçid 2021-ci ilin əvvəllərinə qədər uzana bilər.
Publika.az xəbər verir ki, bu barədə institutun direktoru, ABŞ-ın ən etibarlı tibb avtoritarlarından biri, eyni zamanda Prezident Donald Trampın koronavirus pandemiyası üzrə baş məsləhətçisi Entoni Fausi danışıb.
Konqres üzvləri qarşısında çıxış edən professor bildirib ki, peyvəndin olub-olmayacağı haqqında deyil, nə zaman olacağı haqqında danışıqlar gedir.
Prezidentin “daha az test edin, daha az xəstə çıxsın” açıqlamasına işarə edən Fausi test sayını azaltmadıqlarını, əksinə, artırdıqlarını qeyd edib.
Bu arada, “Moderna” dərman şirkəti iki həftə əvvəl institutla əməkdaşlıq çərçivəsində hazırladığı “mRNA-1273” adlı potensial koronavirus peyvəndinin üçüncü mərhələ kliniki sınaqlarına başlayıb.
Zümrüd
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)