ABŞ
Rusiya ABŞ-ın sanksiyalarından yalnız bu yolla qaça bilər - Trampın köməkçisi
ABŞ-ın Rusiyaya hansı hallarda sanksiya tətbiq edəcəyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert O'Brayn danışıb.
“Vaşinqton Post” üçün məqalə qələmə alan Ağ Ev rəsmisi bildirib ki, ərazisindən kənarda təcavüzkarlıqdan qaçması və ABŞ ilə Avropanın dostcanlı partnyoru olması Rusiyanı sanksiyalardan xilas edəcək.

“Ronald Reyqandan sonra heç bir ABŞ Prezidenti rəsmi Moskvaya qarşı bu qədər qətiyyətli mövqe sərgilməyib. D.Tramp Reyqan kimi Rusiya ilə münasibətlərdə yeni yol açır. Bu yeni yolda Rusiya ərazisindən kənarda təcavüzkarlıqdan qaçacaq və ABŞ ilə Avropanın dostcanlı partnyoru olacaq. Belə bir dünyada Rusiyaya sanksiya tətbiq etməyə gərək qalmayacaq və ölkələrarası ticarət genişlənəcək. Ruslar, amerikalılar və bütün dünya bu cür münasibətlərdən qazanclı çıxacaq”.
O'Brayn qeyd edib ki, qarşıdakı aylarda terrorla mübarizə mövzusunda ölkələr arasında dialoq qurula bilər.
Onun sözlərinə görə, ABŞ Rusiya və Çinlə nüvə proqramlarını məhdudlaşdıran razılaşma əldə etməyə ümid edir.
Zümrüd
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi

































.jpg)


