ABŞ
Soyuq hava şəraiti Texasda 100-dən çox can aldı
ABŞ-ın mərkəzi və cənub hissələrini, xüsusilə Texas ştatını təsir dairəsinə alan güclü qar və şaxta çətin vəziyyətlərə səbəb olub.
Publika.az xəbər verir ki, ölkənin Texas ştatında şiddətli qütb soyuğunun yaratdığı hava şəraiti və elektrik enerjisinin kəsilməsi səbəbindən ölənlərin sayı 111-ə yüksəlib.
Ölənlərin əksəriyyətinin hipotermiyadan, bəzilərinin isə güclü qar yağışı və yolların buz bağlaması nəticəsində meydana gələn qəzalar səbəbindən həyatlarını itirdikləri bildirilir.
Ştatda təxminən 4 milyon ailənin şiddətli fırtına səbəbiylə elektrikə və içməli suya olan ehtiyacları ödənilmir. Səlahiyyətlilər bu səbəbdən ölənlərin sayının artacağından narahatdırlar.
Qeyd edək ki, fevral-ın 11-dən bəri ABŞ-ın mərkəzi və cənub əyalətlərində həyatı iflic edən sərt hava şəraiti Arkansas, Oklahoma, Tennessi, Kentuki və Alabama ştatlarında da ciddi itkilərə yol açıb.
Yerli mənbələr mənfi hava şəraitinin Texasa 45-50 milyard dollar zərər verdiyini iddia edblər.
Akqabay
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































