ABŞ
Erməni terrorçularının qətlə yetirdiyi türk diplomatlar üçün ABŞ-da sərgi açıldı - FOTO
Türkiyə Rabitə Nazirliyi tərəfindən "ASALA" başda olmaqla terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatları üçün ABŞ-da xüsusi sərgi təşkil olunub.
Publika.az xəbər verir ki, sərgi üçün ilk türk diplomat öldürüldüyü Los-Anceles şəhəri seçilib.
"ASALA" və "JCAG" (Justice Commandos of the Armenian Genocide) kimi erməni terror təşkilatlarının ilk dəfə türk diplomatlarını öldürdükləri Los Ancelesdə baş tutan sərgi 1973-1984-cü illər arasında erməni terror təşkilatlarının təhdid və hücumlarına baxmayaraq vəzifəsini yerinə yetirən türk diplomatlarına həsr olunub.

Sərgiyə Türkiyənin Los-Ancelesdəki baş konsulu Oğuz Can, Azərbaycanın buradakı baş konsulu Nəsimi Ağayev, Pakistan və Suriyanın nümayəndələri və çox sayda insan qatılıb.
O.Can 1973-cü ildə Los-Ancelesdə başlayan erməni terror dalğasının sonrakı illərdə də davam etdiyini və 30-dan çox diplomatın və yaxınlarının hədəf alındığını bildirib.
Sərginin yaxın günlərdə Vaşinqton və Nyu-Yorkda açılması gözlənilir.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
