ABŞ
Trampdan ŞOK TƏKLİF: Koronavirusa yoluxanları Quantanamoya yerləşdirək
"Vaşinqton Post"un müxbirləri - Yasmin Abutaleb və Damian Paletta tərəfindən qələmə alınan "Kabus Ssenarisi: Trump Administrasiyasının tarixi dəyişdirən epidemiya ilə mücadilənin içindən" adlı kitabda keçmiş ABŞ prezidenti Donald Tramp haqqında ilginc iddialar ortaya atılıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Detallı şəkildə verilən məlumata görə, Tramp ölkə xaricindəki COVID-19-a yoluxmuş amerikalılarla necə davranacaqlarını Ağ Ev səlahiyyətliləri ilə müzakirə edib. Bu zaman o, virusa yoluxan şəxslərin Quantanamoda karantinə alınmasını təklif edib.
Kitabda qeyd edilib ki, Tramp bu təklifi bir neçə dəfə Ağ Evdə gündəmə gətirib. Amma köməkçiləri bu fikri heyrətlə qarşılayıblar və şiddətə qarşı çıxıblar. Bundan sonra sözügedən təklif bir daha müzakirəyə çıxarılmayıb.
Tramp toplantıların birində deyib: "Biz ABŞ-a mal idxal edirik. Virusu idxal etməyəcəyik".
Bildirilir ki, Tramp aparılan COVID-19 testlərindən şikayətçi olub. Məsələ ilə bağlı ötən ilin 18 mart tarixində dönəmin Səhiyyə naziri Alex Azarla telefonla danışıb:
"Testlərin üzündən seçkidə uduzacam. Hansı axmaq testlərin Federal hökumətin edəcəyini söyləyib!"
Hüseyn
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi














.jpg)













.jpg)
.jpg)





