ABŞ
ABŞ kəşfiyyatından "uçan boşqab"larla bağlı ŞOK HESABAT: problemlər yarada bilər - VİDEO
Uçan Naməlum Obyektlər (UNO) ABŞ-ın milli təhlükəsizliyi üçün problemlər yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ milli kəşfiyyatının hesabatında bildirilib.
Sənəddə deyilir ki, UNO-lar təhlükəsiz uçuşlar sahəsində problemlər yaradır. Əsas narahatlıqlar pilotların getdikcə yüklənən hava məkanında hərəkəti ilə bağlıdır.
Bundan başqa, naməlum hava təzahürlərinin xarici düşmənlərin informasiya toplama platformasını özündə ehtiva etdiyi vurğulanıb.
Sənəddə düşmənin “dağıdıcı və ya inqilabi bir texnologiya” inkişaf etdirdiyini göstərən mümkün dəlillərdən narahatlıqlar da qeyd edilib.
Hesabatda ümumilikdə UNO-ların görüldüyü iddia edilən və izahı olmayan 144 hadisə qeyd edilib. Kəşfiyyat müşahidə olunan bəzi cisimlərin aerodinamik qanunlara zidd olaraq hərəkət etdiyini vurğulayıb.
Pentaqon Milli Kəşfiyyat Direktoru Ofisi ilə birgə analiz aparıb və UNO-ların ehtimal olunan dünyəvi düşmənlərin qabaqcıl texnologiyaları olduğuna dair heç bir dəlil tapmayıb. Bununla belə, bu cür bir variant da istisna edilməyib.
Qeyd edək ki, UNO-lar barədə sözügedən hesabat ABŞ kəşfiyyatı tərəfindən yarım əsrdə ilk dəfə olaraq yayımlanıb
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)