ABŞ
ABŞ hərbi bazasına hücum: PUA-lar, yoxsa MiQ-29 qırıcıları vurdu?
ABŞ-ın və qərb koalisiyasının Suriyanın Ət-Tanf şəhərində yerləşən bazasına ötən gecə raket hücumları olub.
Livanın “Al Mayadeen” kanalının şahidlərə istinadən yaydığı xəbərə görə, Suriya, İraq və İordaniyanın sərhədlərinin kəsişməsində yerləşən bazanın ərazisində bir neçə güclü partlayış müşahidə edilib. Hərbçilərin yaşadıqları binalar və kazarmaların hədəf alındığı bildirilir. Hərbçilər arasında itkilər və maddi ziyan barədə heç nə deyilmir, ABŞ hərbi komandanlığı hələlik hadisə ilə bağlı açıqlama verməyib. Bildirilir ki, zərbələr beş pilotsuz uçan təyyarələrdən endirilib.

Suriyanın “AlBadia 24” informasiya agentliyi isə bildirir ki, raket zərbələri dörd qırıcı təyyarədən endirilib. Əvvəlcə pilotsuz təyyarə hərbi bazanın yerləşdiyi rayonda kəşfiyyat aparıb, ardınca qırıcılar bazaya raket zərbələri endirib. Bildirilir ki, raket zərbələrindən əvvəl hərbi bazanın yerləşdiyi rayonda bütün peyk və mobil rabitə əlaqəsi kəsilib. Bu da güclü radioelektron mübarizə sisteminin işə düşməsindən xəbər verir.

“Naməlum pilotsuz aparat zərbələrdən bilavasitə əvvəl beynəlxalq koalisiyanın nəzarətində olan zonadan 55 kilometr məsafədə yerləşən Ət-Tanf bazasının yaxınlığında görünüb, ardınca 4 döyüş təyyarəsi zərbələr endirib”, - məlumatda deyilir.
Lakin agentlik qırıcıların tipini və hansı ölkəyə malik olmasını dəqiqləşdirmir. Bəzi mənbələr ehtimal edir ki, söhbət Suriya Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarından gedə bilər. (virtualaz.org)
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


