ABŞ
Baydendən Konqresə TƏLƏB: Ukraynanın nüvə təhlükəsizliyi üçün...
Co Bayden administrasiyası Konqresdən Ukraynanın nüvə təhlükəsizliyi üçün əlavə 35 milyon dollar tələb edir .
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, vəsait Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinə nəzarət edən ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasına ayrılmalıdır.
Qeyd olunur ki, vəsait əlavə sensorların alınmasına və texniki xidmətinə, “məlumatların qiymətləndirilməsinə və təhlilinə, habelə Ukrayna Milli Qvardiyasının atom elektrik stansiyalarında mühafizə vasitələri ilə təmin edilməsinə” yönəldilməlidir.
Bundan əlavə, bu məbləğ Ağ Evin növbəti maliyyə ili üçün Konqresdən xahiş etdiyi ümumi 12 milyard dollarlıq yardım paketinə daxil edilməlidir.
Sentyabrın 26-da ABŞ Konqresində xərclər haqqında qanun layihəsinin müzakirəçiləri Ağ Evin müraciətindən sonra Ukraynaya 12 milyard dollar yardımın sənədə daxil edilməsinə razılaşıblar.
Konqres cari maliyyə ilinin sonu olan sentyabrın 30-na kimi xərclər haqqında qanun layihəsini qəbul etməlidir.
ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 26-da bildirib ki, Vaşinqton Ukraynanın hüquq-mühafizə orqanlarına və cinayət ədalət mühakiməsinə yardım üçün əlavə 457,5 milyon dollar ayıracaq.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)