ABŞ
ABŞ-da rus fırıldaqçıya 46 ay həbs cəzası verildi
ABŞ məhkəməsi Rusiya vətəndaşı Taras Bevzi çirkli pulların yuyulması və dələduzluq ittihamı ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, o, bir milyon dollardan çox məbləğdə təzminat ödəməyə borcludur və eyni məbləğdə əmlakı da müsadirə olunacaq.
“Rusiya vətəndaşı Taras Bevz bir milyon dollardan çox pulun yuyulması və onlarla ABŞ vətəndaşı və şirkətinə qarşı internetdə fırıldaqçılıq fəaliyyətinə görə 46 ay həbs cəzasına məhkum edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Bevz 2019-cu ildə ABŞ-a turist vizası ilə gəlib. O, müxtəlif banklarda bir neçə hesab açıb və fırıldaqçılıq sxemlərindən istifadə edib, həmçinin kompüterlərin sındırılması ilə məşğul olub.
İdarədən verilən məlumata görə, məhkum internetdə nəqliyyat vasitələrinin satışı ilə bağlı elanlar yerləşdirib və zərərçəkmişlərə aldığı malları təqdim etmədən onlardan pul alıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)