ABŞ
Ukraynaya yardım dayandırıla bilər
ABŞ Müdafiə Nazirliyi Konqres üzvlərinin müvəqqəti büdcəni qəbul edəcəyi təqdirdə Ukraynaya yardımın dayandırılacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "Politico" Pentaqonun yüksək rütbəli rəsmilərinə və departamentin daxili sənədlərinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, nazirlik idarənin bir il müddətinə maliyyələşdirmə çərçivəsində fəaliyyət göstərməyə məcbur ediləcəyi təqdirdə “dəhşətli” nəticələrin siyahısını tərtib edib. Qeyd olunur ki, sənəd, müdafiə naziri Lloyd Ostinin ABŞ Konqresinə bu yaxınlarda göndərdiyi məktubla yanaşı, gələn il hökumətin kritik maliyyələşdirmə müddətlərinin yerinə yetirilməməsi perspektivi ilə bağlı “Pentaqon hökumətinin ən yüksək eşelonlarında artan narahatlığı əks etdirir”.
"Politico" qeyd edir ki, cari hökumət xərclərini maliyyələşdirməyə davam etmək üçün illik qətnamə qəbul olunarsa, Müdafiə Departamenti Prezident Co Baydenin 2023-cü maliyyə ili üçün müraciətindən 29 milyard dollar və ya 3,7% az olacaq.
Akqabay
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)