ABŞ
ABŞ-da UNO apokalipsisi: illər sonra adı dəyişdirildi
Kosmosda, havada və dənizdə naməlum anomaliyaların tədqiqi üzrə Pentaqonun ofisində Yer kürəsində yadplanetli həyatın əlamətləri aşkar edilməyib, lakin axtarışlar davam edir.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərinə istinadla yazır.
Yeni şöbə naməlum uçan obyektlər (UNO), dənizdə, kosmosda anomaliyalar barədə yüzlərlə məlumatı öyrənir. Mütəxəssislər onilliklər ərzində toplanan oxşar hadisələrin hesabatlarını təhlil edirlər. Hazırda ekspertlərin izahı mümkün olmayan 140-a yaxın hadisə barədə hesabatı var.
Pentaqonun kəşfiyyat rəsmisi Ronald Moultri mətbuat konfransı zamanı deyib: "Hazırda yadplanetlilərin mövcudluğunu təsdiqləyən heç bir sübutumuz yoxdur".
Bütün sahələrdə Anomaliyaların Həlli Ofisinin direktoru Sean Kirkpatrick əlavə edib ki, insanlar adətən dronları UNO-larla səhv salırlar.
Amerikalı mütəxəssislər okeanda qeyri-adi fəaliyyətdən narahat olduqlarını izah ediblər. Buna görə də Pentaqon indi naməlum uçan obyekt (UNO) ifadəsi əvəzinə naməlum anomal hadisələr (NAH) ifadəsindən istifadə edir.
ABŞ-da bütün sahələrdə Anomaliyaların Həlli Ofisinin yaradılması iyul ayında məlum olub. Onun vəzifələrinə hərbi obyektlərdə, xüsusi əməliyyatların aparıldığı ərazilərdə və hava məkanında qeyri-adi hadisələrin şərait və səbəblərini öyrənmək daxildir.
Hüseyn İbadlı
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
































.jpg)


