ABŞ
Pentaqon elan etdi: "Döyüş maşınlarının təliminə başlanılır"
Pentaqonun sözçüsü və Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin "Bradley" Amerika piyadalarının döyüş maşınları (BMP) istifadəsi üzrə təlimlər gələn həftə başlayacaq.
Publika.az xəbər verir ki, generalın sözlərinə görə, təlimlərin gələn həftə Almaniyada başlaması gözlənilsə də, konkret tarixlər yoxdur. Onun sözlərinə görə, ukraynalı mütəxəssislərin hazırlığı əvvəllər düşünüldüyü kimi aylarla deyil, cəmi bir neçə həftə çəkəcək. O əlavə edib ki, təlimin sonuna yaxın maşınlar Ukraynaya gətiriləcək.
Xatırladaq ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın sözlərinə görə, Ukraynaya əlavə hərbi yardım, o cümlədən Bradley BMP vasitəsilə ABŞ Ukraynada hərbi əməliyyatların hazırkı dinamikasını dəyişməyə çalışır. Eyni zamanda Rayder Ukraynaya təhvil verilmiş Bradley piyada döyüş maşınlarını “tank qatilləri” adlandırıb.
Aytən Məftun
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)



















