ABŞ
ABŞ-da 'borc limiti' böhranı: Defolt ola bilər
ABŞ Maliyyə Nazirliyi federal hökumətin 31,4 trilyon dollarlıq borc limitinə çatması ilə əlaqədar ölkənin defolt olmasının qarşısını almaq üçün fövqəladə tədbirlər görüb.
Publika.az xəbər verir ki, Maliyyə naziri Canet Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkartiyə Departamentin borcun məhdudlaşdırılması ilə bağlı tədbirləri barədə məktub göndərib.
31,4 trilyon ABŞ dolları borc həddinə bu gün çatılacağının təxmin edildiyini xatırladan Yellen, Xəzinədarlıq Departamentinin bu gündən fövqəladə tədbirlər həyata keçirməyə başladığını bildirib.
Yellen, İctimai Xidmət Təqaüdçüləri və Əlillər Fonduna və Poçt Xidməti Təqaüdçü Sağlamlıq Müavinətləri Fonduna yeni investisiyaların iyunun 5-dək dayandırıldığını bildirib.
Fövqəladə tədbirlərin müddətinin qeyri-müəyyənliyə məruz qaldığını vurğulayan Yellen, ABŞ-ın “tam etimadını və nüfuzunu” qorumaq üçün Konqresə “dərhal hərəkətə keçməyə” çağırış edib.
ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresi borc limitini artırmağa çağırıb, Nümayəndələr Palatasında yenicə səs çoxluğu qazanan respublikaçılar isə xərclərin azaldılmasının lazım olduğunu müdafiə edirlər.
Borc limiti məsələsi Demokratlar və Respublikaçılar arasında "bir neçə aydan sonra maliyyə böhranına səbəb ola biləcək dalana dirəniş" kimi təsvir edilib.
ABŞ Maliyyə Nazirliyinin bu gün həyata keçirdiyi tədbirlərlə bəzi pensiya fondlarının maliyyə qaynaqlarından istifadə edərək ümumi borc səviyyəsinin artmasının qarşısının alınması və federal ödənişlərin davam etdirilməsi hədəflənir.
ABŞ Maliyyə Naziri Yellen keçən həftə ABŞ Nümayəndələr Palatasının sədri Makkartiyə göndərdiyi məktubda “ABŞ-ın 19 yanvarda borc limitinə çata biləcəyi” xəbərdarlığını etmiş və Konqresi borc limitini artırmaq və ya dayandırmaq üçün tədbirlər görməyə çağırmışdı.
ABŞ-da federal hökumətin borc limiti 1997-2022-ci illər arasında 22 dəfə artırılıb.
Ayşən
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp


























.jpg)
.jpg)





