ABŞ
Minlərlə ABŞ əsgəri daha doqquz ay bu ölkədə qalacaq
ABŞ ordusunun bir neçə min əməkdaşı daha doqquz ay Rumıniyada qalacaq.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Pentaqon müvafiq qərarı verib. Hərbçilər Şərqi Avropada NATO qüvvələri üçün təlim poliqonu kimi istifadə edilən bazada qalacaqlar. Onun üzərində 4 minə yaxın əsgər var.
Oktyabrda bildirilmişdi ki, ABŞ-ın 101-ci “Qışqıran qartallar” hava-desant diviziyası NATO ərazisini qorumaq üçün Rumıniyaya gəlib, lakin vəziyyətin gərginləşəcəyi təqdirdə sərhədi keçərək Ukraynada məskunlaşa bilər.
Komandanlıq ABŞ hərbçilərinə baş çəkəcək, Pentaqonun fikrincə, bu, Ukraynadakı münaqişənin coğrafiyasını genişləndirmək imkanları ilə bağlıdır.
Bundan əvvəl ABŞ dəfələrlə Ukraynaya Amerika əsgərlərinin göndərilməsinin planlaşdırılmadığını bəyan edib. Eyni zamanda, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus Vaşinqtonun rəhbərlik etdiyi çoxmillətli kontingentin Ukraynada istifadə oluna biləcəyini təklif edib.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)