ABŞ
ABŞ-dan QƏTİ QƏRAR: Qara dəniz üzərində...
Amerika Birləşmiş Ştatları Qara dəniz üzərində kəşfiyyat uçuşları davam etdirməyi planlaşdırır. Bu, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı zamanı Kiyevə kömək etmək üçün nəzərdə tutulub.
Publika.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
Onun sözlərinə görə, Amerika Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar Qara dəniz regionunun hava məkanında tətbiq etdiyi məhdudiyyətlərə əməl etmək niyyətində deyil:
“İstədiklərini elan edə bilərlər, qadağalarla bağlı istədiklərini deyə bilərlər. Gələcəkdə də beynəlxalq hüquq normalarına uyğun olaraq uçuşlarımızı davam etdirəcəyik”.
Qeyd edək ki, 14 mart tarixində Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Nəticədə “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)