ABŞ
Vaşinqton OYUNU DƏYİŞİR: "Dollar gələcəkdə..."
"ABŞ dolları dünyanın aparıcı valyutası statusunu itirir"
Publika.az xəbər verir ki, bunu tanınmış amerikalı investor hazırkı vəziyyətdə ABŞ dollarının vəziyyəti ilə bağlı fikirlərini bildirərkən deyib.
Ekspert bunu ABŞ-ın dünyanın ən böyük borclu dövlətinə çevrilməsi ilə əlaqələndirir:
"İnsanlar dollardan istifadə etməkdən uzaqlaşmağa başlayırlar. Bu, ABŞ-ın tarixin ən böyük borcu olan ölkə olması ilə əlaqədardır"
"Bir çoxları bu valyutadan istifadə etmək istəyib-istəmədikləri ilə maraqlanmağa başlayır, çünki gələcəkdə problem yarada bilər. Beynəlxalq valyuta tamamilə neytral olmalıdır... Amma indi Vaşinqton oyunu dəyişir və sizə əsəbiləşsələr, sizi söndürə bilərlər", - Rocers izah edib.
Ekspertin fikrincə, indi hətta ABŞ-a dost ölkələr belə məhdudiyyətlərlə üzləşmək ehtimalını etiraf edirlər. Ona görə də indi ABŞ-ın bir çox dostları dollarla rəqabət apara biləcək alternativ axtarır. Və bu proses sürətlənir, çünki bir çox ABŞ tərəfdaşları onlara nəyinsə ola biləcəyindən narahatdırlar.
Rocers hesab edir ki, indiyə qədər dünya ABŞ dollarına ekvivalent əvəz və ya ən azı rəqib tapmayıb. İnvestorun fikrincə, Çin yuanı belə bir rola iddia edə bilər, lakin bu, tam sərbəst dönərli valyuta deyil.
Hüseyn İbadlı
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı















.jpg)



















