ABŞ
ABŞ-la Çin-in ümidi xalqa qaldı: Yeni diplomatiya bəhrə verəcəkmi? - ŞƏRH
ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə iki günlük səfəri və müzakirələri münasibətlərdəki gərginliyi zəiflətmək məqsədi daşıyır. Vaşinqton Pekinin Moskva ilə yaxınlığını və Tayvana nəzarət etmək istəyinə tənqidi yanaşır. Ağ Ev administrasiyası Pekinlə fərqli formatlarda dialoq qurmağa çalışır. Entoni Blinkendən əvvəl Çinə Amerikanı təmsil edən digər nümayəndələr səfər ediblər. Vaşinqton Çinlə münasibətlərdə xalq diplomatiyasının imkanlarından istifadə etməyə qərar verib".
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
"İlon Mask Şanxaydakı zavoduna baş çəkdikdən sonra Pekində Çinin xarici işlər naziri Çin Qanla görüşüb. Çinin xarici işlər naziri amerikalı iş adamına bildirib ki, ölkəsinin “Tesla” da daxil olmaqla bütün dünya şirkətləri üçün bazaryönümlü beynəlxalq biznes mühiti yaratmaq, yüksək səviyyəli sərbəstliyi davamlı şəkildə təşviq etmək istəyi var. Daha sonra ABŞ-ın digər məşhur iş adamı Bill Qeyts Çinə səfər edib. ABŞ-ın “Microsoft” şirkətinin sahibi və dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeyts Pekində Çin lideri Tsi Cinpinlə görüşüb. Çin lideri Bill Qeytsin həmsədri olduğu Bill və Melinda Qeyts Fondu ilə əməkdaşlığı gücləndirmək istədiyini və bu yolda inkişaf etməkdə olan ölkələrə dəstək verməyə hazır olduğunu bildirib. Tsi Cinpin Bill Gates-ə bu il Pekində görüşdüyü ilk amerikalı olduğunu bildirib. Çinin Amerika xalqı ilə dostluq etmək istədiyini bildirən Si Cinpin sadə insanlar arasında ünsiyyətin vacibliyinə diqqəti çəkib", - o deyib.
Politoloqun sözlərinə görə, Si Cinpin bu açıqlamalarıyla demək istəyib ki, əgər liderlər səviyyəsində ABŞ-la Çin arasında dialoq zəifdirsə və gərginlik davam edirsə, iki ölkənin sadə vətəndaşları dialoq vasitəsilə gərginliyi azalda bilərlər. Ancaq İlon Mask və Bill Qeyts sadə amerikalı deyillər, milyardlarla qazancı olan şirkətlərə rəhbərlik edir və dünyada texnologiyaların inkişafında böyük rolları olan şəxslərdir.
"İlon Maskın və Bill Qeytsin Çinə səfərləri ABŞ-ın mühafizəkar dairələrində tənqid olunsa da, Vaşinqtondakı beyin mərkəzləri bu tipl təmasların vacib olduğuna diqqəti çəkiblər. 1970-ci illərdə ABŞ-la Çin arasında isti münasibətlər məhz idman yarışları vasitəsilə qurulmuşdu. Bundan sonra iki ölkənin liderlərinin qarşılıqlı səfərləri oldu və iki ölkə arasında əməkdaşlıq genişləndi. O illərdə Pekinlə sıx dialoq Vaşinqtona ona görə lazım idi ki, kommunsit Çinlə kommunist SSRİ ABŞ-a qarşı ittifaq qurmasınlar. Ağ Ev o zaman buna nail oldu. Ancaq hazırda beynəlxalq aləmdə durum fərqlidir. Vaşinqton hazırki siyasəti ilə yenidən Pekini Moskva ilə əməkdaşlıqdan çəkindirmək istəyir, ancaq hələ ki, bu alınmır. İlon Maskın və Bill Qeytsin, o cümlədən Entoni Blinkenin Çindəki görüşlərindən nəticə əldə edəcəyi problematikdir. Çünki Çin ABŞ-la rəqabətdə gücünü artırmağa çalışır", - deyə politoloq bildirib.
Ayşən
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu










.jpg)


























