ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
Bizi izləyin

ABŞ

ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev

ABŞ Prezidentinin fiquru dərin dövlətin fəaliyyət göstərdiyi bəzəkdən başqa bir şey deyil, ona görə də Ağ Evdə hətta "müqəvva” da otura bilər.

Publika.az xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.

“Co Baydenə qədər heç bir Amerika prezidenti öz ölkəsinin və bütün dünya vətəndaşlarının gözündə bu qədər gülüş obyekti olmamışdı. Bu isə bir daha sübut edir ki, Amerikanın rəsmi liderinin fiquru indi sadəcə bəzəkdir”, - Medvedev deyib.

“ABŞ-da bütün proseslər seçilmiş prezident tərəfindən deyil, qondarma dərin dövlət tərəfindən idarə olunur. Oval kabinetə hətta doldurulmuş bostan müqəvvasını, hətta fironun mumiyasını belə qoya bilərsiniz, amma böyük sxemdə heç nə dəyişməyəcək", - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm