ABŞ
Terrorçular ABŞ hökuməti ilə razılığa gəldi: edam olunmayacaqlar
ABŞ-da 11 sentyabr hücumlarının planlaşdırılmasında ittiham olunan və 2003-cü ildən bəri “Quantanamo” həbsxanasında saxlanılan 3 nəfər barəsində qərar verilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ittiham olunan Xalid Şeyx Məhəmməd, Vəlid Bin Attaş və Mustafa Əhməd Əl Havsəvi ömürlük həbs cəzası müqabilində ittihamları qəbul ediblər. Lakin sənədin təfərrüatının hələlik ictimaiyyətə açıqlanmayacağı bildirilib.
“New York Times” isə prokurorluğun 11 sentyabr qurbanlarının yaxınlarına göndərdiyi ifadəyə əsaslanaraq bildirir ki, sözügedən şəxslərə əvvəl edam cəzası verilib. Lakin onlar 27 aylıq danışıqlar nəticəsində hərbi prokurorluqla razılığa gəliblər.
Xatırladaq ki, 2001-ci il sentyabr ayının 11-də “Əl-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirilib. Həmin gün "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal və Cənub qülləsinə çırpılıb.
Roza
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var


































