ABŞ prezidentliyi yarışından geri çəkilən Kennedi Trampı buna görə dəstəkləyir
Bizi izləyin

ABŞ

ABŞ prezidentliyi yarışından geri çəkilən Kennedi Trampı buna görə dəstəkləyir

ABŞ prezidentliyi yarışından geri çəkilən Kennedi Trampı buna görə dəstəkləyir

Müstəqil namizəd Robert Kennedi ABŞ-da prezidentlik yarışından çəkildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edir.

ABŞ prezidentliyi yarışından geri çəkilən Kennedi çıxışının əvvəlində demokrat olduğunu diqqətə çatdırıb:

“Trampın Putinlə sülh danışıqlarına başlaması dəstəyimi legitimləşdirmək üçün kifayətdir. Rusiya-Ukrayna müharibəsinə xərclənən pul ABŞ məktəblərinə xərclənərsə daha yaxşı olar. Buna görə də Trampı dəstəkləyirəm”.

Qeyd edək ki, yarışa girdiyi aylarda keçirilən anketlərdə Kennedinin 7-8 faizə çatan ictimai dəstəyinin son aylarda xeyli azaldığı bildirilir. Digər tərəfdən, Kennedinin dəstəyini alan Trampın Kamala Harrislə hazırda çox yaxın olan yarışda üstünlüyə malik ola biləcəyi deyilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm