ABŞ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ - Tramp inciyə bilər
Ukrayna Prezidenti Volodimir Zelenskinin komandası Donald Trampla Mar-a-Laqo iqamətgahında görüşməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp və Zelenski komandaları arasında görüşlə bağlı müzakirələrə Mar-a-Laqoda danışıqların aparılması variantı da daxil edilib. Lakin Ukrayna tərəfi bu təklifi rədd edərək belə bir görüşün Trampın prezidentlik kampaniyasına dəstəyi ilə bağlı şübhələr yarada biləcəyini izah edib.
Əvəzində Zelenskinin komandası neytral ərazidə görüş təşkil etməyi, məsələn, Amerika kanalında birgə müsahibəni təklif edib. Lakin Zelenskinin Pensilvaniyadakı sursat istehsalı zavoduna səfərindən sonra vəziyyət dəyişib və görüşlə bağlı planlar baş tutmayıb. Ukraynalı məmurlardan biri qeyd edib ki, Tramp yəqin ki, “inciyib”.
Zelenski sentyabrın 26-da Amerikanın Skranton şəhərindəki hərbi zavoda baş çəkib. Jurnalist və siyasi şərhçi Ben Şapiro bildirib ki, bu səfər Vaşinqtonun köməyinə ümid edən siyasətçi üçün ən pis qərarlardan biridir.
Bundan əvvəl ABŞ Konqresinin Zelenskinin Pensilvaniyaya səfəri ilə bağlı araşdırmaya başladığı bildirilib.
Hüseyn İbadlı
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
































.jpg)

.jpg)