ABŞ
Tramp Çinə “müharibə” elan etdi - Bu, dünyada ciddi narahatlıq doğurur
Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-da keçirilən seçkilərdə qalib gəldi. O, hələ seçki günündən öncə açıqlamışdı ki, qalib gələcəyi təqdirdə Çinə “vergi bombardmanı” tətbiq edəcək.
Publika.az xəbər verir ki, Trampın qələbəsi ilə ABŞ-ın xarici siyasətində diqqətin Çinə yönələcəyi gözlənilir.
Seçiləcəyi təqdirdə Ukrayna-Rusiya müharibəsinə son qoyacağını da vəd edən Tramp daha əvvəl xüsusilə Çinə qarşı ticarət tariflərini əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb.
ABŞ-ın istehsalını artırmaq məqsədi güdən Tramp demək olar ki, bütün idxallara 10 faizdən 20 faizə qədər adi tariflər və Çindən gələn mallara 60 faiz və ya daha çox tariflər tətbiq etmək planlarını bəyan edib.
O, hətta Çinin Tayvanı işğal edəcəyi təqdirdə Pekini vergilərlə “bombalayacağının” vədini verib.
Məlum olduğu kimi, Tramp əvvəlki prezidentliyi dövründə Çində istehsalla məşğul olan ABŞ şirkətlərinin Birləşmiş Ştatlarda fabriklər qurması üçün çox səy göstərib. “Tesla” və “Apple” kimi ABŞ şirkətləri istehsalının böyük hissəsini Çində həyata keçirir.
Trampın bu vədləri bütün dünyada, eləcə də Asiyada narahatlıq doğurur. Onun bu planlarını həyata keçirib-keçirməyəcəyi isə sual altındadır.
Roza
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
