ABŞ
Tramp bu üç ölkəyə əlavə gömrük vergisi tətbiq edəcək
ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Meksika, Kanada və Çindən gələn məhsullara əlavə gömrük rüsumu tətbiq edəcəklərini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial media platformasında açıqlama verib.
Tramp sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb. O, minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkib:
"Yanvarın 20-də verdiyim ilk sərəncamlardan biri olaraq, Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarif narkotiklər, xüsusilə fentanil və bütün qeyri-qanuni əcnəbilər ölkəmizə hücumu dayandırana qədər qüvvədə qalacaq".
Tramp ABŞ-a göndərilən külli miqdarda narkotiklə bağlı Çinlə çoxsaylı söhbətlər etdiyini bəyan edib:
"Çinli nümayəndələr mənə dedilər ki, bu işlə məşğul olan narkotik alverçilərinə qarşı edam cəzasını tətbiq edəcəklər. Lakin təəssüf ki, onlar bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axın edir. Biz bunu dayandırana qədər ABŞ-a gələn bütün Çin məhsullarına rüsumların üzərinə əlavə olaraq 10 faiz gömrük vergisi tətbiq edəcəyik”.
Roza
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
