ABŞ
Trampdan ŞOK TƏKLİF: Avropa bu ölkəyə qoşun yeritsin
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bunu dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.
Respublikaçı lider əldə etmək istədiyi atəşkəs halında bu imkanı nəzərdən keçirir.
Noyabrın əvvəlində The Telegraph yazıb ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli planı çərçivəsində Avropa və Britaniya qoşunlarını respublika ərazisində Ukrayna Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında 1200 kilometrlik bufer zonasını təmin etməyə çağıra bilər.
Daha sonra nəşr qeyd edib ki, bu ssenari Tramp tərəfindən mümkün, lakin yekun olmayan ssenarilərdən biri hesab olunur.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır

































.jpg)


