ABŞ
Blinkendən Ukraynanın itirdiyi ərazilərlə bağlı KRİTİK AÇIQLAMA - "Ehtimal yoxdur ki..."
"Yaxın gələcəkdə Ukraynanın referendumlar nəticəsində artıq Rusiyanın tərkibinə daxil olmuş ərazilərini geri qaytaracağı ehtimalı yoxdur".
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "New York Times" qəzetinə müsahibəsində bildirib.
“Sual güzəştlə bağlı deyil. Sual budur ki, yaxın gələcəkdə cəbhə xəttinin praktik baxımdan çox dəyişəcəyi ehtimalı yoxdur”, - o bəyan edib.
Dövlət katibinin sözlərinə görə, Kiyev həmişə itirdiyi əraziyə iddia edəcək. Sual budur ki, Ukrayna tərəfi başqalarının dəstəyi ilə onu geri qaytarmaq üçün bir yol tapacaqmı?
Yanvarda ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, diplomat Kurt Volker demişdi ki, Ukraynadan xüsusi hərbi əməliyyat (SVO) zamanı Rusiyanın nəzarətinə keçən əraziləri qaytarmağa cəhd etməmək tələb oluna bilər.
Hüseyn İbadlı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)
