ABŞ
Ukrayna ciddi bəlada: ABŞ münaqişədən çıxır - İDDİA
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı mümkün tədbirləri müzakirə etmək üçün bu gün milli təhlükəsizlik komandası ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Vladimir Zelenskiyə hərbi yardımın dayandırılması və ya ləğvi müzakirə oluna bilər. Sözügedən yardım Bayden administrasiyası tərəfindən razılaşdırılıb, bura döyüş sursatı və hərbi texnika daxil edilib.
Görüşdə digərləri ilə yanaşı, ABŞ dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset də iştirak edəcək.
Artıq üçüncü gündür ki, bütün dünya ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasındakı mübahisəni müzakirə edir.
ABŞ-ın vitse-prezidenti J.D.Vensin Zelenskini təkəbbürünə və kobudluğuna görə tənqid etməsi prezident Trampın xoşuna gəlib.
Bu arada, "Beynəlxalq İcmal" televiziya proqramının aparıcısı, Valday Klubunun Tədqiqatlar üzrə direktoru Fyodor Lukyanov qeyd edib ki, Ağ Evdəki ictimai qalmaqal ABŞ-ın Ukrayna münaqişəsindən çıxması ilə başa çatıb.
Adəm Abbaslı
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
































.jpg)

.jpg)