ABŞ
Vens Baydeni günahlandırdı: "Bizə qanunlar yox, yeni prezident lazım idi"
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens keçmiş prezident Co Bayden administrasiyasının sərhədləri açaraq narkotik kartellərini gücləndirdiyini deyib.
Publika.az xəbər verir ki, Vens cənub sərhədində müdafiə naziri Pit Heqset və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardla mətbuat konfransı keçirib.
Vitse-prezident deyib ki, Bayden administrasiyası dövründə immiqrantlar ölkəyə axışıb və mühacir cinayətləri artıb:
“Baydenin cənub sərhədlərini açması karteli daha da gücləndirdi və bu yerləri oyun meydançasına çevirməyə imkan verdi. Belə çıxır ki, bizim yeni qanunlara ehtiyacımız yox idi. ABŞ-ın sadəcə yeni prezidentə ehtiyacı var idi. ABŞ-da sərhəd böhranı milli müdafiə və kəşfiyyat məsələsinə çevrilib. İnsanları həbs etmək istəmirik, amma Amerikanın immiqrasiya qanunlarını tətbiq edəcəyik. Əgər qeyri-qanuni buradasınızsa, mesajımız budur ki, ölkənizə qayıtmalısınız və ABŞ-a gəlmək istəyirsinizsə, müvafiq yollar vasitəsilə müraciət etməlisiniz”.
Milli Kəşfiyyatın direktoru isə Bayden administrasiyası dövründə 21 milyon insanın ABŞ sərhədlərini qeyri-qanuni keçdiyini iddia edərək, Trampın gəlişi ilə ABŞ xalqının təhlükəsizliyi üçün immiqrasiya böhranında çox mühüm dəyişikliklərin baş verdiyini bildirib.
Aysel Şahmar
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək













.webp)





.jpg)














.jpg)
.jpg)
