ABŞ
Ağ Ev yarım milyondan çox miqrantla bağlı PLAN QURUR
ABŞ Prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrant üçün müvəqqəti hüquqi statusu ləğv etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə NBC sənədə istinadla məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, söhbət 2023-cü ildə keçmiş prezident Co Baydenin dövründə tətbiq edilən xüsusi proqram çərçivəsində ABŞ-a gələn miqrantlardan gedir. Amerikalı sponsorun dəstəyi ilə əcnəbilərin ölkəyə daxil olmasına və iki il ABŞ-da işləməsinə icazə verib.
NBC-nin məlumatına görə, 2024-cü ildə hakimiyyət orqanları bu proqram çərçivəsində miqrantların fırıldaqçılıq sxemləri üçün istifadə olunduğundan narahat olduqları üçün miqrantların qəbulunu müvəqqəti olaraq dayandırıb.
Kanal bildirib ki, Tramp administrasiyası Baydenin dövründə yaradılmış giriş və müvəqqəti qalma proqramları çərçivəsində Kuba, Haiti, Nikaraqua və Venesueladan ABŞ-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.
NBC-nin məlumatına görə, sənədin martın 25-də dərc olunacağı, bundan sonra miqrantların ABŞ-da müvəqqəti qalma proqramları aprelin 24-də başa çatacaq. Proqramdan yararlanan və qanuni immiqrasiya statusu alan əcnəbilərin ölkəni tərk etmələri tələb olunmayacağı qeyd edilir.
Hüseyn İbadlı
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var


































