ABŞ
Maskdan Avropada terror təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.
Publika.az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə İtaliyada hakim koalisiyaya daxil olan "Liqa" partiyasının Florensiyada keçirilən qurultayında videobağlantı vasitəsilə danışıb.
"Terrorçuluq Avropada kütləvi qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik və media bu cür hücumların təhlükəsi barədə susmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu, artıq tendensiyadır", - deyə Mask bildirib.
X, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri daha əvvəl istənilən ölkəni məhv edə biləcək kütləvi miqrasiyanın təhlükələri barədə xəbərdarlıq etmişdi.
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı







.jpg)




.jpg)


























