ABŞ
ABŞ QORXU İÇİNDƏ - İsrail İranı vurandan sonra...
ABŞ, İsrailin hava hücumundan müdafiə (HHM) sistemlərinin, bu ölkənin İranın nüvə obyektlərinə mümkün hücumuna cavab olaraq Tehranın verəcəyi zərbələrə tab gətirə bilməyəcəyindən ehtiyat edir.
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinala məlumat yayıb.
"ABŞ İsrailin hava hücumundan müdafiə sistemlərinin İranın yüzlərlə raketlə cavabına tab gətirə bilməyəcəyindən narahatdır", - nəşr yazır.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff brifinq zamanı bir qrup amerikalı senatora deyib ki, əgər İsrail İranın nüvə obyektlərinə zərbə endirərsə, İranın sonrakı cavabı İsrailin böyük itkiləri ilə nəticələnə bilər.
Portalın istinad etdiyi ABŞ kəşfiyyatındakı mənbə deyib ki, İranın arsenalında 900 kiloqram və ya daha çox yük daşıya bilən təxminən iki min raket var; İsrail onların bir çoxunun əhatə dairəsindədir.
Bundan bir qədər əvvəl "ABC News" öz mənbələrinə istinadla yazıb ki, İsrail hakimiyyəti yaxın günlərdə İrana qarşı hərbi əməliyyat keçirə bilər. Üç mənbəyə görə, onlar Vaşinqtonun mümkün hücum planlarında iştirak edib-etmədiyi barədə məlumatlara malik deyillər. Bununla belə, onlar ABŞ-ın İsrail hakimiyyətinə kəşfiyyat məlumatı verə biləcəyini istisna etmirlər.
Tehran artıq müharibəyə hazır olduğunu bəyan edib və əvvəlkindən daha güclü və daha dağıdıcı olacaq cavabla hədələyib.
Hüseyn İbadlı
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi

















.jpg)


















