ABŞ
Yaxın Şərqin "qara cüməsi": İsrail həm də Trampı "vurdu" - Nüfuzdan düşür
İsrailin İrana zərbələri onu göstərir ki, Yaxın Şərqdə xaos daha da güclənir. Tramp Netanyahunu cilovlaya bilmir. Trampı tənqid edənlər ABŞ-ın regiondan çəkilmə qərarının böyük müharibə ehtimalını artırdığını deyirlər.
Publika.az xəbər verir ki, "The Guardian" dünyanın diqqət mərkəzində olan İsrail-İran münaqişəsini təhlil edib.
Təhlildə göstərilir ki, birtərəfli zərbələr Donald Trampın İsrailin baş nazirini cilovlamaq cəhdlərinin uğursuzluğudur və Trampın İranla ölkənin nüvə silahı əldə etməsinə mane olacaq razılaşmaya vasitəçilik etmək səylərini demək olar ki, puça çıxarıb.
Qeyd edilir ki, bu, çox güman ki, İranın qisas almasına gətirib çıxaracaq ki, bu da daha geniş müharibəyə, Trampın açıq şəkildə qaçmağa çalışdığı yeni münaqişəyə çevrilə bilər.Tehrana endirilən zərbələrin tozu hələ yatmamış yüksək rütbəli ABŞ rəsmiləri İsrailin hücumunu “birtərəfli” hərəkət adlandıraraq Tehrana ABŞ səfirlikləri və regiondakı bazalarına qarşı cavab tədbirləri barədə xəbərdarlıq etməklə kifayətləniblər.
"Hazırda ABŞ-ın mövqeyində müəyyən qarışıqlıq var və bu, İsrailin mövqeyi ilə müəyyən qədər fərqlidir", - deyə Yaxın Şərq üzrə ekspert Uilyam Veksler bildirib.
Veksler deyib ki, Tramp administrasiyası ona açıq-aşkar “qırmızı işıq” yandırsaydı, Netanyahunun hücuma başlaması ehtimalı olmayacaqdı.
“Ən azı ilk baxışdan bu, ABŞ-ın kifayət qədər ziddiyyətli reaksiyası kimi görünür”, - ekspert şərh edib.
Çaşqınlığa əlavə olaraq, Netanyahu hökumətinə yaxın bir İsrail televiziyası cümə axşamı bildirib ki, zərbələr Vaşinqtonla tam razılaşdırılıb.
Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkoffun bazar günü İranla danışıqların altıncı raundu üçün Omanın paytaxtı Maskata gedəcəyi gözlənilirdi ki, bu da diplomatiya üçün son şans idi.
Konnektikutdan olan senator Kris Merfi deyib ki, hücum “Tramp administrasiyasının İranla danışıqlarını pozmaq məqsədi daşıyırdı” və “dünya güclərinin, o cümlədən öz müttəfiqlərimizin prezident Trampa nə qədər az hörmət etdiklərinin daha bir sübutudur”.
"Bu, Tramp və Netanyahu tərəfindən törədilən fəlakətdir və indi bölgə başqa bir ölümcül münaqişəyə doğru sürüşmək riski altındadır", - deyə Morfi bildirib.
O deyib ki, Tramp və baş nazir Netanyahu Amerikanı İranın nüvə ambisiyalarını uğurla cilovlamaq üçün Avropa, Rusiya və Çini ABŞ-ın arxasında birləşdirən nüvə sazişindən çıxmağa məcbur etməsəydilər, İran nüvə silahına sahib olmağa bu qədər yaxın olmazdı.
Adəm
-
Digər15:58Sidney terrorunda ölənlərin sayı artdı - VİDEO(YENİLƏNİB)
-
Magazin215:49"Kızılcık şerbeti"nin ulduzu yeni serialda
-
Magazin115:28Fəxrəddin Manafov onun məzarını ziyarət etdi - FOTO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO
-
MDB12:38ABŞ-da rus dondurmasını sevirlər?: İdxal üç ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi


























.jpg)











