ABŞ
Nyu-Yorkda KURYOZ OLAY - Təhlükəsizlik siqnalı işə düşdü, Tramp və xanımı... / FOTO

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının çərşənbə axşamı keçirilən iclasında Prezident Donald Tramp və birinci xanım Melaniya Trampı daşıyan eskalatorun dayanmasına görə məsul olan şəxslərin işdən çıxarılmasını və araşdırılmasını tələb edib.
Publika.az xəbər verir ki, eskalatorda nasazlıq Trampın Nyu-Yorkda Baş Assambleyada çıxış etməsindən əvvəl baş verib. Prezident və birinci xanım dayanan eskalatorun pillələri ilə yuxarı qalxmağa məcbur olublar.
Leavitt "X" sosial platformasında yazıb: “Əgər BMT-də kimsə Prezident və Birinci Xanım eskalatora çıxarkən onu qəsdən dayandırıbsa, dərhal işdən çıxarılmalı və araşdırılmalıdır.”
BMT-nin sözçüsü daha sonra "Fox News"a bildirib ki, ABŞ nümayəndə heyətindən və ya təhlükəsizlik qrupundan biri eskalatorla yuxarı qaçıb, sonra geri dönüb. Bu hərəkət eskalatorun təhlükəsizlik siqnalını işə salıb və onu dayandırıb.
BMT Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarric deyib: “Biz başa düşürük ki, Prezidentin komandasından biri onun önünə keçərək təsadüfən dayandırma mexanizmini işə salıb.”
BMT əlavə edib ki, baş verən hadisədə heç bir qəsdən törədilmiş niyyət olmayıb.
"Fox News Digital" məsələ ilə bağlı həm BMT-yə, həm də ABŞ Gizli Xidmətinə müraciət edib. Ağ Ev isə Livitt-in X-dəki paylaşımına istinad edib.
Hüseyn İbadlı


-
Nida Xəbər 09:30
Mehriban Əliyeva Azərbaycan və ABŞ prezidentlərinin dialoqunu paylaşdı - VİDEO
-
Hadisə09:11
Bakıda çoxmərtəbəli binada yanğın - FOTO/VİDEO
-
İKT08:48
Bu qulaqlıqlar eşitmə üçün olduqca zərərlidir - XƏBƏRDARLIQ
-
Hadisə07:50
Xəzər dənizində zəlzələ oldu
-
İdman06:46
Qiyməti qalxacaq: Qvardiola türk futbolçunu o qədər təriflədi ki…
-
Magazin106:16
İlk dəfə eşq iddialarına cavab verdi
-
Magazin104:14
Dua Lipadan yeni açıq-saçıq FOTOLAR
-
Magazin202:12
Məşhur kino ulduzu 87 yaşında vəfat etdi - FOTO