ABŞ
İlon Mask böyük sərvəti ilə TARİXƏ DÜŞDÜ

İlon Mask sərvəti 500 milyard dolları keçən ilk insan olaraq tarixə düşüb. Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask, hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunda sürətlə irəliləyir.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, “Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq, Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib. Elektrikli avtomobil istehsalçısının səhmlərinin qiyməti, Maskın aprel ayında şirkətin maliyyə nəticələri ilə bağlı konfransda “Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən getdiyini elan etməsindən sonra təxminən iki dəfə artıb.
“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm payı hazırda 191 milyard dollar dəyərindədir. Ekspertlər hesab edir ki, əgər İlon Mask bu sürətlə irəliləsə, 2033-cü ilin mart ayına qədər dünyanın ilk trilyonçusu ola bilər.
-
Səhiyyə00:45
"Dr Gülü" yenə həkimliyə başlayıb? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir fürsət yaranacaq ki...
-
ABŞ2 Oktyabr 23:36
İlon Mask böyük sərvəti ilə TARİXƏ DÜŞDÜ
-
Sosial2 Oktyabr 22:12
Sabah bu ərazilər QAZSIZ QALACAQ
-
Magazin22 Oktyabr 22:00
Cennifer Lopezin makiyajsız halı: elə şərhlər yazdılar ki... - FOTO
-
Sağlamlıq2 Oktyabr 21:36
Tanınmış müğənni Xankəndiyə köçdü: "Bu, arzularımdan biri idi"
-
Magazin12 Oktyabr 21:12
Tanınmış aparıcı “Qarabağ”ın qələbəsindən danışdı - VİDEO
-
Pul2 Oktyabr 20:24
Kredit faizləri bu regionlarda daha yüksəkdir